Eyni telefonda birdən çox “WhatsApp” hesabından istifadə etmək mümkün olacaq

“WABetaInfo” saytı da bununla bağlı şəkil paylaşıb.
Ekran görüntüsündə gördüyünüz kimi, proqram istifadəçilərə daxil olmaq istədikləri hesabı seçmək imkanı verən menyu təklif edir. Çox hesablı xüsusiyyət istifadəçilərə şəxsi yazışmalarını və işgüzar söhbətlərini eyni cihazda idarə etməyə imkan verəcək. Beləliklə, paralel tətbiqlərə müraciət etmədən müxtəlif hesablar arasında keçid etmək mümkün olacaq.
MARAQLI / KARUSEL
Tarix: 16-06-2023, 10:49