mobil versiya

“X”də pul qazanmaq şərti dəyişib



“X” (keçmiş “Twitter”) pul qazanma tələbində əhəmiyyətli dəyişiklik edib.
Şirkət tərəfindən edilən bu dəyişiklik daha çox insanın pul qazanmasına şərait yaradacaq.
Keçən il İlon Mask tərəfindən satın alınan “X” ötən aylarda gəlir paylaşma sistemini açıqlayıb. Bu çərçivədə şirkətin müəyyən etdiyi şərtlərə cavab verən istifadəçilər sosial media platformasından pul qazana bilərlər.
Ötən günlərdə istifadəçilərə ödəniş etməyə başlayan “X” sosial media xidmətindən qazanan və ya pul qazanmaq istəyən istifadəçiləri yaxından maraqlandıran dəyişiklik edib.
“X”in rəsmi dəstək hesabı vasitəsilə yeni pul qazanma şərtləri ilə bağlı mühüm məlumat paylaşılıb. Məlumata görə, son 3 ayda 15 milyon baxış sayı 5 milyona endirilib. Bildirilib ki, minimum ödəniş məbləği 50 dollardan 10 dollara endirilib.
Baxışların sayının botlar vasitəsilə çox sürətlə artması ehtimalı olduğundan yalnız “X Premium” (“Twitter Blue”) abunəçilərinin baxışları nəzərə alınacaq. Beləliklə, botlardan istifadə edərək, milyonlarla baxışa çatmaq mümkün olmayacaq.

MARAQLI / KARUSEL
Tarix: 11-08-2023, 14:36