161 il əvvəl rus işğalına qarşı Polşa milli üsyanı baş verib
161 il əvvəl, 1863-cü il yanvarın 22-də Yanvar Üsyanı, rus işğalına qarşı Polşa milli üsyanı baş verib.
Bu barədə Polşanın Azərbaycandakı səfirliyi sosial şəbəkədə xatırlatma paylaşıb. Bu, ölkənin bölünmələr zamanı Polşanın ən uzunmüddətli müstəqillik üsyanı idi. Polşa Krallığını əhatə etdi və sonra Litva, Belarus və Ukraynaya yayıldı. Bu, 1200-ə yaxın döyüş və atışmanın aparıldığı partizan müharibəsi idi. Təxminən 200 min insan qiyamçı birləşmələrində iştirak edirdi. İlkin uğurlarına baxmayaraq, üsyançılar məğlub oldular, onlardan 20.000-ə yaxını həlak olub, 1000-ə yaxını edam edilib, təxminən 38.000-ni isə ağır işlərə və ya sürgünə məhkum olunub (sürgün edilənlərin bəziləri də Qafqazda, o cümlədən Azərbaycanda, artıq mövcud və böyüyən Polşa icmasına qoşulmuşlar).
Sonrakı onilliklərdə üsyanın xatirəsi vətənpərvərlik əhval-ruhiyyəsini canlandırdı və bu, Polşanın yarım əsr sonra müstəqilliyini bərpa etməsinə yardım edib.
İllüstrasiya: "Döyüş", Artur Grottger („Polonia” seriyası, 1863).
MARAQLI / KARUSEL
Tarix: 22-01-2024, 10:43