mobil versiya

Aysel Şükürova ərindən ayrıldı


400 min manatlıq toy etməsi ilə gündəmə gələn tanınmış bloger Aysel Şükürova ikinci dəfə boşanır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, A.Şükürova əri Oqtay Əhmədovdan ayrılıb və artıq rəsmi boşanma üçün məhkəməyə müraciət edib. 

O, “Instagram”dakı 1,1 milyonlluq profilindən əri ilə birgə olan bütün fotolarını silib. 

Qeyd edək ki, A. Şükürova Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. Q. Şükürov haqda 2018-ci ildə külli miqdarda pul mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanılıb. 

Xatırladaq ki, blogerin birinci həyat yoldaşı Elşən Əsgərli ilə Nərimanov məhkəməsində çəkişmələri olmuşdu. İttihama görə, Elşən Əsgərli Oqtayı döymüşdü.

***

***

Aysel Şükürova instaqram səhifəsində boşanma xəbərinə belə münasibət bildirib:

“Mənim əsəblərim yerində deyil. Hər şeydən bezmişəm, başımı qatıram, işlərimlə məşğul oluram. 3 oğlum var, onlar üçün yaşayıram. Nə qədər ömrüm qalıbsa, onlara vaxt ayıracağam. Xahiş edirəm, üstümə gəlməyin, mənə heç nə yazmayın”.

MARAQLI / KARUSEL / REDAKTOR SEÇİMİ
Tarix: 9-08-2020, 14:07