mobil versiya

Prezidentdən Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinə TAPŞIRIQ




Prezident İlham Əliyev “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu”nu təsdiq edib.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Fərmana əsasən, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanında dəyişikliklər edilib:

Adından “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və” sözləri çıxarılıb və adında “təsvirlərinin” sözü “təsvirinin” sözü ilə əvəz edilib.


Nazirlər Kabineti daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Elektron hökumət” İnformasiya Sistemində (bundan sonra – informasiya sistemi) yerləşdirildikdən sonra elektron çıxarışın məzmununda hər hansı dəyişiklik edilərkən, həmin informasiya sistemində ilk dəfə yerləşdirilən elektron çıxarışda edilmiş dəyişikliklərin ardıcıllığını və məzmununu hüquq sahibinin elektron qaydada müşahidə etməsi imkanının yaradılması üçün üç ay müddətində zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

İqtisadiyyat Nazirliyi daşınmaz əmlakın dövlət reyestrindən kağızda verilmiş çıxarışların elektron formada tərtib edilməsini və həmin nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənməklə informasiya sistemində yerləşdirilməsini 2022-ci il yanvarın 1-dək təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;

Daşınmaz əmlakın dövlət reyestrindən kağızda verilmiş çıxarış itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə, hüquq sahibinin ərizəsi əsasında çıxarışın elektron formada tərtib edilərək informasiya sistemində yerləşdirilməsi və hüquq sahibinin həmin çıxarışı elektron üsulla real vaxt rejimində əldə etməsi imkanının yaradılması üçün tədbirlər görməlidir.
MARAQLI / SON XƏBƏR / ÖLKƏ
Tarix: 18-08-2020, 18:05