mobil versiya

Avropa İttifaqından Çinə pulsuz vaksin təklifi



Avropa İttifaqı (Aİ) Pekinə COVID-19 alovlanmasının qarşısını almağa kömək etmək üçün Çinə pulsuz koronavirus peyvəndi təklif edir.
Bu barədə “Financial Times” Avropa rəsmilərinə istinadən məlumat yayıb.
“Səhiyyə üzrə komissar Stella Kiriakides, həmrəylik və dəstək, o cümlədən ictimai səhiyyədə ekspert yardımı, həmçinin Aİ peyvəndlərini bağışlamaq üçün çinli həmkarlarına müraciət edib”, - mənbə nəşrə bildirib.
O, Çin tərəfinin hələlik bu təklifə cavab vermədiyini vurğulayıb.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 3-01-2023, 12:27