Perinatal Mərkəzdən Yeni Klinikaya təxliyə edilənlərin vəziyyəti açıqlanıb
Respublika Perinatal Mərkəzdən Yeni Klinikaya 5 hamilə, 9 zahı və 16 yenidoğulmuş təxliyə edilib.
Bunu Yeni Klinikanın Neonotologiya şöbəsinin müdiri Əkbər Quliyev deyib.
O bildirib ki, klinikaya təxliyə olunanların hər birinin vəziyyəti stabildir:“Təxliyə olunanlara bütün zəruri müdaxilələr edilib. Yeni Klinikanın aidiyyəti şöbələri səfərbər olaraq pasiyentlərin Perinatal Mərkəzdəki həkimləri ilə koordinasiyalı şəkildə müalicələrini davam etdirirlər”. (apa)
SAĞLAMLIQ / KARUSEL
Tarix: 9-01-2024, 14:34