İmmuniteti gücləndirən ərzaqlar hansılardı?
Qidalanma immunitetin mühüm təminatçısı kimi qəbul edilir. İnsanın immun sistemi toxuma və orqanlara zərər verən bütün növ toksinlərdən qorunmaq üçün nəzərdə tutulub. Orqanizmin bakteriya və viruslarla mübarizə aparması üçün immun sisteminin güclü olması vacibdir.
Güclü immun sistemi hüceyrələri orqanizmə daxil olan mikroorqanizmləri asanlıqala fərqləndirir və dərhal müvafiq cavab reaksiyası formalaşdıraraq onları məhv edir. Həkimlər deyir ki, immunitetin güclü olması əhəmiyyətli dərəcədə qida rasionundakı makro və mikroelementlərdən, eləcə də bağırsaq mikroflorasının funksiyasından asılıdır. Belə ki, qidadan alınan zülallar, karbohidratlar və yağlar qan, limfa düyünləri və mədə-bağırsaq sisteminin immun hüceyrələrinə təsir göstərir.
Qidalanma immun sistemin normal inkişafı və çalışması üçün çox əhəmiyyətli məsələdir. Hormonsuz və qatqılardan uzaq meyvə-tərəvəzlərlə qidalanmaq, mövsümü təbii məhsullardan istifadə etmək çox faydalıdır.
Bundan başqa mövsümə uyğun qidaların saxlanma qaydasına, şəraitinə və temperaturuna da mütləq şəkildə əməl edilməlidir. Qida ekspertlərinin fikrincə, qış olmasına baxmayaraq alınan məhsulların saxlanma qaydasına da fikir vermək lazımdır.
Məhsulun saxlanma temperaturu və saxlanma rütubəti, istehsal və son istifadə tarixi, istehsalçının hüquqi adı və əlaqə vasitələri, 100 qramlıq məhsulun tərkibindəki qida və enerji dəyəri göstərilməlidir.
İmmun sisteminin gücləndirilməsi üçün gündəlik qida rasionunda mövsümü meyvə-tərəvəzləri çoxaltmaq lazımdır. Bununla yanaşı D vitamini ilə zəngin olan qida məhsullarına da üstünlük verilməlidir. D vitamini kərə yağı, süd, pendir, balıq, yumurta sarısında daha çoxdur.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 22-01-2024, 14:14