mobil versiya

Koronavirusun insan üçün daha bir təhlükəli fəsadı açıqlandı



СOVID-19-dan sağalan insanlar gələcəkdə immunitetlə bağlı uzun müddətli problemlər yaşaya bilər.

REPORTYOR “Report”a istinadən xəbər verir ki, belə nəticəyə Rusiya və Çin Xalq Respublikasının alimləri gəlib.

Məlumata görə, araşdırmalar zamanı virusdan sağalan insanların bir hissəsinin qanında limfositlərin səviyyəsinin aşağı düşməsi qeydə alınıb. Limfositlərin səviyyəsi hətta sağalmadan 11 həftə sonra da əvvəlki normaya çatmır.

Qeyd edilir ki, bu zaman immun hüceyrələri zədələnir. İmmun hüceyrələrinin xroniki zədəsi isə insanda daha çox immun sisteminin zəifləməsinə səbəb olur.

Bu baxımdan, immunitet sistemindəki durğunluq uzun, lakin geri dönə bilən ola bilər.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 10-07-2020, 10:22