ÜST rəhbəri işçi heyətinə xərcləri azaltmağı tövsiyyə edib
Ümumdünya Səhiyyə Təşkilatı, ABŞ-ın çıxdığını elan etdikdən sonra xərcləri azaldacaq və hansı sağlamlıq proqramlarına üstünlük veriləcəyini nəzərdən keçirəcək.
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi ikinci səlahiyyət müddətinin ilk günündə qlobal səhiyyə agentliyinin COVID-19 pandemiyasına və digər beynəlxalq sağlamlıq böhranlarına qarşı səhv davrandığını iddia edərək geri çəkildiyini açıqladı.
Reportyor.az xəbər verir ki, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus yanvarın 23-də işçi heyətinə göndərdiyi memorandumda “Bu elan bizim maliyyə vəziyyətimizi daha da kəskinləşdirdi...bir sıra tədbirlərdə xərclərə qənaət edin” deyib.
ÜST sözçüsü qeydin həqiqi olduğunu təsdiqləsə də, əlavə şərh verməkdən imtina edib.
Birləşmiş Millətlər Təşkilatı cümə axşamı günü təsdiqlədi ki, ABŞ 22 yanvar 2026-cı ildə ÜST-dən çıxmalı idi.
Birləşmiş Ştatlar ÜST-nin ən böyük maliyyə dəstəkçisidir və ümumi maliyyəsinin təxminən 18 faizini verir. ÜST-nin 2024-2025-ci illər üçün ən son iki illik büdcəsi 6,8 milyard dollar olub.
SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 13:52