Qarlı havada travmaya görə Tibbi Yardım Mərkəzinə müraciət edənlərin sayı açıqlanıb

Ötən gecədən bu gün saat 10:00-a qədər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə əlverişsiz hava şəraiti ilə əlaqədar 24 nəfərin (14-ü qadın, 10-u kişi cinsli olmaqla) müraciəti qeydə alınıb.
Reportyor.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlardan 23 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Bir nəfər isə hospitalizasiyadan imtina edib.
SAĞLAMLIQ / KARUSEL
Tarix: Dünən, 13:02