Qarlı hava şəraiti ilə əlaqədar təcili yardıma 327 nəfər müraciət edib

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 152-si qadın, 175-i kişi olmaqla, 327 nəfərin müraciəti qeydə alınıb.
Reportyor.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Onlardan 298 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.
Müraciət edənlərdən 30 nəfərə yerində yardım olunub.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 26-02-2025, 11:04