Nə qədər su içmək lazımdır? - Dietoloq RƏYİ
Gündə nə qədər maye qəbul olunması, su içilməsi hər kəsi düşündürür. Bununla bağlı fərqli yanaşmalar olsa da, əksəriyyət 2 litr üzərində dayanır.
REPORTYOR.AZ e-tibb.az-a istinadən həkim-dietoloq, tibb üzrə fəlsəfə doktoru, ATU-nun Tədris Cərrahiyyə Klinikasının mütəxəssisi Vəfa Paşazadənin bununla bağlı fikirlərini təqdim edir:
"Nə qədər su içməliyəm?"
Bir litr yarım? İki litr? Siz öz bədəninizi öyrənənə qədər dəqiq bir rəqəm deyə bilmərəm. Yayda ehtiyacınız olduğu miqdarla, qışdakı ehtiyacınızın miqdarı fərqlidir. Uşaqların ehtiyacı yeniyetmələrlə eyni miqdarda deyil, eyni zamanda çox tərləyən bir insanla tərləməyən insan və vegeteryanla heyvan xassəli zülallarla qidalananların su ehtiyacı fərqlidir.
Başlanğıcda davamlı su içmək çətin gələ bilər, amma bir dəfə başlayanda orqanizmin ehtiyacı olan maye miqdarını tələb etdiyini görəcəksiniz.
Əgər su içmək sizin üçün çətindirsə nə etmək olar?
Su içmək bir çox insan üçün çətindir. Burda çox sadə bir məsələyə diqqət etmək lazımdır. Suya bir az təzə limon suyu ve az miqdarda bal əlavə edin. Bu sadə üsul suya, kalori və ya başqa maddələr əlavə etmədən ləzzətli limonad dadı verəcək.
Digər bir variant isə suya bir damcı sitrus bitkisi yağı (portağal, limon, qreypfrut, naringi) əlavə edilməsidir. Həmçinin bitki çayları da təbii suya yaxşı bir alternativ yaradır.
SAĞLAMLIQ / MARAQLI
Tarix: 9-08-2020, 09:45