mobil versiya

Məktəblilər intihar etməzdən öncə telefonlarını format ediblər - AÇIQLAMA



Xəbər verdiyimiz kimi, dünən Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri Səmədova Əfruz Rafiq qızı və 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı Lökbatanda yerləşən hündürmərtəbəli binanın damına çıxaraq özlərini yerə atıblar.

REPORTYOR.AZ xəbər verir ki, hadisə ilə bağlı Unikal.org-a açıqlama verən Ə.Səmədovanın ailə üzvləri bildiriblər ki, məktəblilərin hansı səbəbdən intihar etməsi məlum deyil. Onlar belə addım atacaqları ilə bağlı sinif yoldaşlarına heç nə deməyiblər. Məktəblilər intihar etməzdən öncə telefonlarını format ediblər. Əfruz ailənin yeganə övladı olub.

Hazırda hadisənin hansı səbəbdən baş verdiyi hüquq muhafizə orqanları tərəfindən araşdırılır. 
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 10-03-2021, 13:34