mobil versiya

Martın 19-da Azərbaycanda karantin rejimi sərtləşdirilir? - AÇIQLAMA




Azərbycanda koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, martın 16-da koronavirus infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb, 309 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bir sözlə sakinlər iddia edir ki, yoluxmanın sayının kəskin artması karantinin yenidən sərtləşməsinə səbəb olacaq. Bəs bu iddia nə dərəcədə həqiqəti əks etdirir ?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirilir ki, karantin rejiminin sərtləşdirlməsi və yaxud yumşaldılması ilə bağlı qərarları Operativ Qərargah verir:

"Amma çox təəssüf edirəm ki, son günlər COVİD 19-a yoluxanların və bu xəstəlikdən dünyasını dəyişənlərin sayında kəskin artımlar müşahidə olunur. Belə bir təhlükəli vəziyyətin yenidən gündəmə gəlməsi insanların pandemiyadan qorunması tələblərinin icra edilməməsi ilə əlaqədardır. Vəziyyəti hamı görür və nəticə çıxarmalıdır. Biz tibbi maskadan istifadə etməməklə həm öz həyatımızı təhlükə altına atmış oluruq, həm də cəmiyyət üçün təhlükə mənbəyinə çevrilə bilərik. Ona görə də hamı hər yerdə çox ciddi şəkildə tibbi maskanı taxmalıdır. Yenidən qapanmalara gəldikdə isə, subyektiv fikrim qapanmalara getməkdə yox, tələblərə nəzarəti ciddiləşdirilməsinin tərəfdarıyam. Əgər kimsə məsuliyyətsizlik göstərərək tələblərə riayət etmədən özünü təhlükə mənbəyinə çevirirsə, təbii ciddi cəzalandırılmalıdır. Hər birimiz özümüzdən başqa ətrafımızdakı insanların sağlamlığını da düşünməliyik".
SON XƏBƏR / KARUSEL
Tarix: 17-03-2021, 11:49