mobil versiya

"Sərt karantin öldürücü tədbirdir və buna tibbi zərurət yoxdur" - Partiya sədri




"Maska qaydası tibbi tələblərə uyğun şəkildə yerinə yetirilsəydi əhali və dövlət maskalara ildə 1 milyard manatdan çox pul xərcləmiş olacaqdı. Bu isə iqtisadi baxımdan mümkün deyil”. 

REPORTYOR.AZ xəbər verir ki, bu sözləri REAL partiyasının sədri İlqar Məmmədov sərt karantin tədbirlərinə münasibətində deyib. Onun sözlərinə görə, qoyulan maska qaydası "tibbi” deyil, başqa məqsədlərə xidmət edir: 



"Vətəndaşlarımızın mütləq əksəriyyəti birdəfəlik istifadə üçün nəzərdə tutulmuş maska taxır. Tutaq ki, əhalinin böyük bir hissəsi evdə oturur, heç yerə çıxmır (halbuki belə deyil, amma hesabda güzəşt edək). 5 milyon vətəndaş isə iş-dərs başındadır, orta hesabla gündə 8-10 saat evdən kənarda, ictimai yerdə vaxt keçirir. 

Tibbi qaydalara riayət olunarsa, bu müddət ərzində həmin vətəndaşlar hər gün azı 4-5 ədəd birdəfəlik maska istifadə etməlidir. Bu edir 1 manat xərc.

Həmin 1 manatı vuraq 5 milyon nəfərə və yenə vuraq ayda 22 iş gününə. Edir ayda 110 milyon, ildə isə 1.3 milyard manatlıq maska alveri. Hətta vətəndaşların hansısa hissəsinin birdəfəlik deyil, daha çox istifadəlik maskalar taxdığını burda artıqlaması ilə nəzərə alsaq və təqribən 0.3 milyardı burdan çıxsaq, yenə də ölkədə ildə heç olmasa 1 milyardlıq maska alveri mövcud olmalıdır.

Bu boyda alverin mövcudluğunun iqtisadiyyatda heç bir əlaməti yoxdur, ola da bilməz, çünki olsaydı, ötən ilin neft gəlirinin 15 faizini elə maskalara xərcləmiş olardıq.

Maska qaydası dərhal ləğv edilməlidir. Sərt karantin öldürücü tədbirdir və ona heç bir tibbi zərurət yoxdur”.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 25-03-2021, 11:15