Bir gəmi Süveyş kanalında bütün hərəkəti iflic etdi: Problem böyüyür
400 milyon dollardan çox dəyərdə nefti olan tankerlər Ever Given əsaslı konteyner gəmisi tərəfindən bloklandığı üçün Süveyş kanalından keçə bilmir.
Qaynarinfo xəbər verir ki, bu haqda South "China Morning Post” qəzetinin məqaləsində deyilir. Məlumata görə, gəmilərdə 6,3 milyon barel neft daşınır.
Xatırladaq ki, 24 mart tarixində Tayvanın Evergreen Marine Corporation şirkətinin idarə etdiyi Shoei Kisen-ə məxsus 400 metr uzunluğundakı Ever Given konteyner gəmisi Çindən Avropaya gedərkən Süveyş Kanalının 151-ci kilometrliyində torpağa oturub. Gəmi dünyanın ən işlək dəniz ticarət marşrutlarından birində trafikin bağlanmasına səbəb olub. 100-dən çox gəmi tıxacda qalıb.
Mütəxəssislər həftə sonu gəmi üzməzsə, daha üç tankerin çətin vəziyyətdə qalmalı oacağıyla bağlı xəbərdarlıq edib. O gəmilər 160 milyon dollar dəyərində 2,5 milyon barel neft daşıyırlar.
SON XƏBƏR / DÜNYA
Tarix: 26-03-2021, 11:49