mobil versiya

Məscidlərdə ibadət necə olacaq?




“Qafqaz Müsəlmanları İdarəsi məscidlərin açılması ilə bağlı mütəmadi aidiyyəti qurumlara təkliflər vermişdi. Eyni zamanda insanlar da bizə müraciət edirdi. Nəhəyət, iyunun 10-dan etibarən məscidlərdə ibadət mümkün olacaq. Dini ayinlər və ibadətlər karantin rejimi qaydalarına uyğun həyata keçiriləcək".

Bu fikirləri “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib.
Onun sözlərinə görə, dini icmalar qaydalara riayət olunmasına nəzarət edəcək: “Qarşıdakı günlərdə məsələ daha da konkretləşəcək. Hər halda yoluxmanın qarşısının alınması üçün müəyyən olunan ənənəvi qaydalar tətbiq olunacaq. Bunlar da hamının bildiyi kimi dezinfeksiya tədbirləri və məsafənin qorunmasıdır. Məscidlər mütəmadi dezinfeksiya olunurdu və açılmazdan öncə yenidən dezinfeksiya işləri görüləcək. İcmalar gələn insanlara qaydaları izah edəcək. Hər halda elə də çətin proses deyil”.
Hacı Şahin cümə namazlarının necə həyata keçirilməsinə də aydınlıq gətirib: “Hamısı qaydalara riayət etməklə həyata keçiriləcək”.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 25-05-2021, 23:18