mobil versiya

Bu ölkədə avtomobillər əriyir: Temperatur 73 dərəcədir - VİDEO



Küveytdə havanın temperaturunun kəskin artması fəsadlara yol açıb.

REPORTYOR.AZ “news.ru”ya istinadən xəbər verir ki, dünyanın ən isti ölkələrindən biri olan Küveytdə havanın temperaturu 53 dərəcədən 73 dərəcəyə qədər yüksəlib.

İsti və qızmar hava yolda avtomobillərin əriməsinə səbəb olub. Sinoptiklər anomal hava şəraitinin bu həftənin sonuna qədər davam edəcəyini bildiriblər.

Vətəndaşlara uzun müddət günəşli havada qalmamaları barədə xəbərdarlıq edilib.

Yerli medianın yayımladığı görüntülərdə insanların isti hava şəraitinə dözə bilmədiyi, hər kəsin sərinlənmək üçün yer axtardığı kadrlar əks olunub.


SON XƏBƏR / KARUSEL
Tarix: 7-07-2021, 17:50