mobil versiya

Bakıda bağçada uşağa qarşı zorakılıq - 2 yaşlı uşağı bu hala kim saldı? - VİDEO




Bakıda nənə nəvəsinin məktəbəqədər təhsil müəssisəsində döyüldüyünü iddia edir. Onun sözlərinə görə, 2 yaşlı uşağa qarşı zorakılıq tətbiq edilib. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək istəsək də, təəssüf ki, buna nail ola bilmədik. Şikayətçi uşağın döyülməsi ilə bağlı polis bölməsinə müraciət edib.

REPORTYOR.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, azyaşlı uşaq bağçada döyülüb.

Kəmalə Əhmədova iddia edir ki, 2 yaşlı nəvəsi Paytaxtın Nərimanov rayonunda yerləşən 56 saylı uşaq bağçasında döyülüb.

Uşağın nənəsi "Xəzər Xəbər"ə bildirdi ki, onun nəvəsi bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb. Kəmalə Əhmədova döyülmə faktını tibbi ekspertizanın da təsdiqlədiyini iddia edir.

Onun sözlərinə görə, bununla bağlı bağçanın rəhbərliyinə müraciət etsələr də, hansısa nəticə əldə olunmayıb.

Sonradan qarşı tərəflə telefonla əlaqə saxlamağa cəhd etdik. Uşağın Aytən adlı qrup rəhbəri sualımızı cavabsız qoydu.



Artıq məsələ ilə bağlı Nərimanov rayon 17-cı polis bölməsinə də müraciət olunub. Faktla bağlı araşdırma aparılır.
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 13-07-2021, 12:24