mobil versiya

Flora Kərimovaya ağır itki üz verib



Xalq artisti Flora Kərimovaya ağır itki üz verib.

REPORTYOR.AZ xəbər verir ki, sənətçinin qardaşı Akif Kərimov dünyasını dəyişib.

Bu haqda xalq artistinin köməkçisi Yaqut məlumat verib:

“Flora xanımın qardaşının vəfatı ilə bağlı yayılan xəbərlər doğrudur. Akif bəy 8 ay idi xəstə yatırdı. Mərhum xərçəng xəstəliyindən dünyasını dəyişib”.

Qeyd edək ki, Xalq artistinin qardaşı Akif Kərimovun 74 yaşı var idi.
SON XƏBƏR / KARUSEL
Tarix: 16-07-2021, 10:00