Azərbaycanda qadın ərinə əsəbləşdi, səhvən qayınatasını yandırdı
Bakıda Sabunçu rayonunda ailə münaqişəsi zamanı bədbəxt hadisə baş verib.
REPORTYOR.AZ oxu.az-a istinadən xəbər verir ki, ər və arvad mübahisə edib. Həyat yoldaşına əsəbləşən qadın onun maşınına benzin tökərək yandırıb.
Bu zaman benzin oğlanın atasının üzərinə düşüb və o, yanıq xəsarəti alıb.
Məsələ barədə Daxili İşlər Nazirliyi açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, baş verən hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır:
“Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. İlkin məlumata görə, hadisədə qəsd yoxdur”.
SON XƏBƏR / KARUSEL
Tarix: 6-08-2021, 15:00