Həkim-infeksionist: “Reanimasiyalar dolub, xəstəxanalarda vəziyyət ciddidir” - VİDEO
Koronavirusa yoluxan və xəstəxanaların reanimasiya şöbələrinə yerləşdirilən xəstələrin sayında hər ötən gün artım dinamikası müşahidə edilir.
Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, həkim-infeksionist Sədrəddin Atakişizadə “Xəzər xəbər”ə müsahibəsi zamanı xəstəxanalarda vəziyyətin kritik həddə olduğunu bildirib:
“Virusdan ölüm halları artıb. Reanimasiyalarda xəstələr çoxdur. Peyvənd olunmayanlar bu xəstəliyi ağır keçirir. Bütün bunları nəzərə alaraq əhaliyə müraciət edirik ki, vaksinasiya prosesinə ciddi yanaşsınlar. Çünki tək çıxış yolu peyvənd olumaqdır. Bütün tədbirlər əhalinin sağlamlığı, insanların məsuliyyətini dərk etmələri üçündür”, - deyə həkim-infeksionist qeyd edib.
SON XƏBƏR / KARUSEL
Tarix: 14-08-2021, 13:00