mobil versiya

Taliban Pəncşirə cənubdan daxil olmağa cəhd edib




Əfqanıstanda ötən ayın ortalarında hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı onların nəzarəti altında olmayan Pəncşir əyalətinə cənubdan daxil olmağa cəhd göstərir.

REPORTYOR.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə milli müqavimət hərəkatındakı mənbə bildirib.

“Taliblər” Pəncşirə qərb sərhədlərindən daxil olmağa müvəffəq olmadıqda regiona cənub hissədən, Gülbahar rayonundan daxil olmağa cəhd göstərirlər”, - mənbə agentliyə deyib. Onun sözlərinə görə, “taliblər” ağır silahlardan və hərbi texnikadan istifadə ediblər.

Qətərin “Al Jazeera” telekanalı ötən həftənin əvvəlində uğursuz danışıqlardan sonra “taliblər”in Pəncşiri ələ keçirmək üçün hərbi əməliyyata başladığını xəbər verib.
SON XƏBƏR / KARUSEL
Tarix: 2-09-2021, 22:18