mobil versiya

Baş nazirdən qərar: Müddət noyabrın 1-dək uzadıldı




Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

REPORTYOR.AZ-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti noyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət sentyabrın 1-də başa çatmışdı.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 8-10-2021, 15:00