Həkimdən həyəcan TƏBİLİ: “Diş əti xəstəlikləri hamiləliyin gedişinə zərər vura bilər”
Diş əti xəstəlikləri hamilə qadınlara zərər verə bilər.
REPORTYOR.AZ “oxu.az”a istinadən xəbər verir ki, bu sözləri mediaya müsahibəsində Ə.Əliyev adına ADHTİ-nin dosenti Cavid Əhmədbəyli deyib.
Diş əti xəstəliklərinin hamilə qadınlara verə biləcəyi narahatlıqdan danışan həkim bildirib ki, bu zaman hamilələrdə arterial təzyiqin yüksəlməsi halları baş verə bilər:
“Müalicə olunmamış diş əti xəstəlikləri olan hamilə qadınlar preeklampsiya (hamiləliyin 20-ci həftəsindən sonra arterial təzyiqin yüksəlməsi), vaxtından əvvəl (37-ci həftədən əvvəl) doğuş və normadan az çəkidə uşağın dünyaya gəlməsi kimi risklərə məruz qalır. Bu nəticələrin bəziləri eyni vaxtda baş verə bilər”.
SON XƏBƏR / KARUSEL
Tarix: 10-11-2021, 15:00