Hamilə qadınlar və süd verən analar koronavirusa qarşı hansı tədbirləri görməlidir?
Ümumdünya Səhiyyə Təşkilatının pandemiya kimi tanıdığı koronavirus gün keçdikcə insanlar arasında daha çox təlaş yaradır. Bu virusun təsirləri hamilələr üçün də önəmlidir.
“HaberGlobal”ın verdiyi məlumata görə, türkiyəli qadın xəstəlikləri və doğuş mütəxəssisi Emre Pabuççu bununla bağlı bir sıra maraqlı məqamlara aydınlıq gətirib.
Koronavirusa yoluxan anadan uşağına virus keçirmi?
Mütəxəssisin fikrincə, hamilə qadınlardan bətnindəki uşağa virusun yoluxmasına halına hələ ki, rast gəlinməyib. Bundan başqa, doğuşdan sonra hamilə olarkən infeksiyaya yoluxmuş anaların körpələrində COVID-19 aşkarlanmayıb. Bununla belə, ekspert tədbirli olmağı tövsiyə edib.
Koronavirusa yoluxduğu təsdiqlənən ana uşağına süd verə bilərmi?
Həkim bildirib ki, bəzi mikroblar, məsələn HİV südlə keçə bilir. “Ancaq COVID-19 üçün aparılan araşdırmalar zamanı süddə virus tapılmayıb. Yəni əmizdirmədə problem yoxdur”, - mütəxəssis qeyd edib.
“Bununla belə, koronavirusa yoluxduğu təsdiqlənən qadınların süd verməyi dayandırması və bununla da, riski azaltması tövsiyə edilir”, - deyə, həkim sözlərini yekunlaşdırıb.
SON XƏBƏR / BANNER / GÜNDƏM
Tarix: 18-03-2020, 23:17