Koronavirusun “zəif yeri” tapıldı
Çinli alimlər koronavirusun insan orqanizminin hüceyrələrinə daxil olmasının yeni yolunu müəyyən ediblər. Mütəxəssislərin fikrincə, virusun zəif yeri sayılan bu mexanizmin kəşfi effektiv dərmanların hazırlanmasına kömək edəcək.
Bununla bağlı elmi işin nəticələri “bioRxiv” nəşrində dərc olunub.
Bildirilir ki, SARS-CoV-2 hüceyrələrin səthindəki CD147 reseptoruna bağlanaraq hüceyrələrə hücum edir. Virus əleyhinə “In vitro” testləri göstərib ki, “meplazumab” (CD147 antitelləri əsasında hazırlanan preparat) virusların hüceyrələrə nüfuz etməsinə əhəmiyyətli dərəcədə mane olur.
Virus özünün SP zülalından istifadə edərək hüceyrələrə bağlanır. Bu immunoelektron-mikroskopik tədqiqatlarla öz təsdiqini tapıb.
Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Kristian Lindmayer “paracetamol”un COVID-19 əlamətlərinə qarşı bir vasitə kimi qəbulunu tövsiyə edib.
REPORTYOR.AZ
SON XƏBƏR / DÜNYA
Tarix: 18-03-2020, 12:45