Azərbaycanda mağaza qəsdən yandırıldı - FOTO
Kürdəmirdə vətəndaşa məxsus mağaza yanıb.
REPORTYOR.AZ "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Ərəbxana kəndində qeydə alınıb.
Yanğın kənd sakini İsmayılov Kənan Zöhrab oğluna məxsus mağazada baş verib, qısa müddətdə alov dalğası bütöv mağazanı əhatə edib. Nəticədə mağazadakı satış malları yanaraq külə dönüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.
Mağaza sahibinin sözlərinə görə, obyekt qəsdən yandırılıb və ona ümumilikdə 15 min manata yaxın maddi ziyan dəyib.
SON XƏBƏR / KARUSEL
Tarix: 13-02-2022, 12:00