mobil versiya

40 günlük Əmir Ukraynadakı müharibənin qurbanı oldu - FOTO




Rusiyanın Ukraynaya hücumu nəticəsində daha bir azyaşlı vəfat edib.

BAKU.WS xəbər verir ki, 40 gündür doğulan azərbaycanlı Əmir Lvov şəhərində dəfn edilib. O, Xarkovda dünyaya gəlib.

Rusiyanın Ukrayna şəhərlərinə atdığı bombalardan qorunmaq üçün onun valideynləri bir neçə gün zirzəmidə qalıblar.

Nəticədə körpə sətəlcəm olub, ailə Xarkovdan təxliyyə edilərkən o vəfat edib.


SON XƏBƏR / KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 3-03-2022, 15:00