mobil versiya

“Lotu Quli”nin yaxın adamını öldürən şəxs məhkəmədə özünü təqsirli bilmədi



Rusiyada “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

REPORTYOR.AZ “Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, mərhum Cabir Həsənov bir neçə dəfə iştirak etdiyi müxtəlif məclislərdə deyib ki, kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Canıyev Rövşən Rafiq oğlunu 2016-cı il avqustun 18-də Türkiyə ərazisində qətlə yetirib.

R.Canıyevə pərəstiş edən “Yeraz Camal” ləqəbi ilə tanınan Camal Həsənov Cabir Həsənovdan bu əməllərinə görə qisas almaq məqsədilə Sankt-Peterburqa gederək onu odlu silahla güllələyərək öldürüb. Camal Həsənova bu cinayətdə orada yaşan Nazim Nüsrətov köməklik göstərib.

Camal Həsənov qətli törədən sonra istintaqdan yayınaraq Azərbaycana gəlib. Nazim Nüsrətov həbs olunandan sonra Camal Həsənovun cinayət əməli ortaya çıxıb.

Məhkəmədə elan olunmuş ittiham üzrə Camal Həsənov özünü təqsirli bilməyib. O, ittihamları qəbul etməyib.

Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin edilib.

Xatırladaq ki, "qanuni oğru" R.Caniyev 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib N.Səlifov isə 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada yerləşən otellərdən birində başından 4 güllə vurularaq öldürülüb.
SON XƏBƏR / KARUSEL
Tarix: 15-04-2022, 17:00