“Putinin kuklası” Rusiyanın növbəti hədəfini açıqladı: “Bu ölkənin paytaxtını tutacağıq...”
Kremlin nəzarətində olan Rusiya televiziyası təhdid xarakterli bəyanatla çıxış edib.
Sfera.az bildirir ki, “Rossiya-1” kanalında “60 Minutes” adlı verilişin aparıcısı Olqa Skabeyeva Rusiyanın növbəti hədəfindən danışıb. O, canlı yayımda Ukraynaya silah yardımının davam edəcəyi təqdirdə müharibənin sıçrayacağı yeni ölkənin adını açıqlayıb.
Olqa sözügedən ölkənin Polşa olduğunu iddia edib. “ABŞ 300 kilometr mənzilli raketlər göndərsə, dayana bilmərik. Belə olan halda biz Varşavaya qədər gedəcəyik” , deyə aparıcı bildirib.
Qeyd olunub ki, Skabeyevanın bəyanatı ABŞ-ın ötən həftə Ukraynaya göndərməyə başladığı M142 Yüksək Hərəkətli Artilleriya Raket Sistemlərinə (HIMARS) aiddir.
Hərbi ekspertlər bildiriblər ki, bu silahların Ukrayna ordusunun inventarına daxil olması ilə müharibədəki balans dəyişə bilər. Britaniya mətbuatının “Putinin kuklası” adlandırdığı Skabeyevanın isə Kremlin razılığı olmadan bu açıqlamanı verə bilməyəcəyi vurğulanıb.
SON XƏBƏR / KARUSEL
Tarix: 14-07-2022, 13:07