mobil versiya

Aygün Bəylər onkoloji xəstəlikdən əziyyət çəkir




Əməkdar artist Aygün Bəylər xərçəng xəstəliyindən əziyyət çəkir.

REPORTYOR.AZ OLAY-a istinadən xəbər verir ki, məşhur müğənnidən 4-cü dərəcəli ağır xəstəlik bir müddət əvvəl aşkarlanıb.

A. Bəylər artıq müalicələrə başladığı iddia olunub və səhhəti normaldır.

Məsələ ilə bağlı Əməkdar artistlə əlaqə saxlanılıb. Köməkçisi sənətçinin vəziyyətinin yaxşı olduğunu vurğulayıb:
“Şükür Allaha salamatlıqdır. Belə şeylərə ehtiyac yoxdu. O boyda sənətkardır, sənəti ilə maraqlanın. Səhhəti yaxşıdır, əladır, yerindədir. Hər şey qaydasındadır”.


SON XƏBƏR / GÜNDƏM
Tarix: 25-08-2022, 13:00