Əməkdar artistin vəziyyəti ağırdır - FOTO
Əməkdar artist Novruz Qartalın səhhəti pisləşib.
Bu haqda aktyorun həyat yoldaşı Zərqələm xanım məlumat verib. Onun sözlərinə görə, Əməkdar artistin vəziyyəti ağırdır:
"Qarnı köp verdi. Sonra təcili olaraq xəstəxanaya apardıq. Hazırda vəziyyəti ağırdır, onkoloji xəstəxanaya yerləşdirmişik. Ağır əməliyyat keçirdi. Xərçəng xəstəliyindən əziyyət çəkir.
Hamı deyirdi ki, narkozdan ayılmayacaq. Şükür Allaha, ayılıb. Xəstəliyi çoxdan var imiş. Amma bizim yeni xəbərimiz oldu. Bağırsaq, qara ciyər, ağ ciyər - hamısı bir-birinə qarışıb. Həkimlər isə ümidverici heç nə demirlər. Onlar bizə hər şeyə hazırlıqlı olmağımızı bildiriblər”.
Aktyorun həyat yoldaşı Heydər Əliyev Fonduna müraciət edəcəyini də vurğulayıb:
"Kirayədə yaşayırıq. Maddi köməyə ehtiyacımız var. Ayda 400 manat kirayə haqqı ödəyirik. Qızılım da yoxdur ki, səhhəti üçün nəsə edim. Birinci xanımımız Mehriban Əliyevadan bizə kömək etməklərini xahiş edirəm".
Qeyd edək ki, bu haqda ilk olaraq qaynarinfo saytı məlumat yayıb.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 26-11-2021, 18:30