mobil versiya

İtaliyadan gətirilən bu çən Bakını iflic etdi - Foto



Babək prospektində (“Maşın bazarı”nın qarşısında) sıxılmış qaz borusunun daşınması zamanı yaranan çətinlik nəqliyyat vasitələrinin hərəkətində problem yaradıb.

Bakı Nəqliyyat Agentliyindən Axar.az-a verilən məlumata görə, bu səbəbdən hazırda Babək prospektində (şəhər istiqamətində) sıxlıq müşahidə edilir.

Həmin ərazidən keçən müntəzəm marşrut xətlərinin intervalında da gecikmələr yaranıb.

Qeyd edək ki, LPG qazlarının saxlanılması üçün nəzərdə tutulan qurğu SOCAR-ın Heydər Əliyev adına Neft Emalı zavodu üçün İtaliyadan gətirilib.

Uzunluğu 35 metr, həcmi 345 ton olan qurğu Qafqazda ilkdir.


SON XƏBƏR / ÖLKƏ / REDAKTOR SEÇİMİ
Tarix: 25-10-2019, 12:59