mobil versiya

Oğlunu güllələyib öldürən ata Bakıda polislər tərəfindən saxlanıldı - VİDEO



Ötən gün oğlunu ov tüfəngi ilə ilə qətlə yetirən 1951ci il təvəllüdlü Bayramov Yaşar Qəmbər oğlu keçirilən əməliyyat tədbirləri ilə Bakı şəhərində saxlanılıb.

BAKU.WS-n bölgə müxbirinin verdiyi məlumata görə, 61 yaşlı şəxs Göygöl rayonuna gətirilərək istintaqa təhvil verilib.

Bildirək ki, Yaşar Bayramov övladı 1978-ci il təvəllüdlü Mahir Bayramovla bir müddət ev mübahisəsi olub.

M.Bayramovun evi yandırmasına əsəbləşən ata sonuncunu silahla iki dəfə atəş açaraq qətlə yetirib.


SON XƏBƏR / HADİSƏ / ÖLKƏ
Tarix: 2-01-2020, 11:30