mobil versiya

Məhəmməd (Ərsoy) Zamanov seçicilərə ÇAĞIRIŞ ETDİ - "Onlara inanmayın, SEÇKİLƏRƏ GƏLİN!"




47 saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizəd Məhəmməd (Ərsoy) Zamanov seçicilərə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

"Əziz Mingəçevir camaatı. Qarşıdan bizləri böyük bir sınaq gözləyir. 9 Fevral tarixinin əhəmiyyətini Sizlər məndən daha yaxşı bilirsiniz. Dünənə qədər Sizin adınızdan Milli Məclisdə oturanlar daha çox şəxsi maraqlarına xidmət yolunu seçdilər ki, bu da haqlı olaraq tərəfinizdən etirazlarla qarşılanmaqdadır.

Bir daha xatrladım ki, 2005-ci ildə də namizəd olmuşdum və qələbəmizə rəğmən mandat haqqımız tannmadı. Bu dəfə isə tamam fərqli mənzərədir.

Məlumunuzdur ki, cənab Prezident İlham Əliyev bu gün Azərbaycanda ümumi inkişafı əngəlləyən bütün cılız maraq daşıyıcılarına qarşı İNQİLABİ XARAKTERLİ BÖYÜK BİR SAVAŞ AÇIB.

Bizlər bir vətəndaş olaraq bu işdə Prezidentimizin yanında olmalıyıq və borcumuzdur ki, bu yeni düzən siyasətində Prezidentimizlə ələlə verərək təkcə Mingəçevirimizi yox, bütnövlükdə Azərbaycanımızı gözəlləşdirək, inkişaf etdirək.

Əziz Mingəçevirlilər! Bu gün kimlərsə Sizi ruhdan salmağa çalışar, "onsuz da filankəs seçilib" deyə Sizlərin seçkiyə olan inamınızı öldürməyə meyllənə bilər. Bunlara inanmayın və bilin ki, həmin şəxslər Sizin yox, birbaşa olaraq bu gün Azərbaycanda böyük inkişaf erasının təməlini atmış Prezidentimiz İlham Əliyevin düşmənləridir. Onlar hər zaman olduğu kimi, bu dəfə də şəxsi cılız maraqlarından çıxış edərək ölkənin milli-dövlətçilik maraqlarını təhlükə altında qoymağa çalışırlar.

Onlara İNANMAYIN! SEÇKİLƏRƏ GƏLİN və Mingəşeviri bir yerdə gözəlləşdirək. Bizlər də Prezidentimizin bu yeni düzən siyasətinə öz töhfəmizi vermiş olaq.

Tanrı hər birinizi qorusun, hamımıza kömək olsun.

Yaşasın Azərbaycanımız!
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 5-02-2020, 15:38