mobil versiya

Azərbaycanlı müğənninin azyaşlı qızı Moskvada qəza keçirdi - VİDEO




Müğənni İntizar Məmmədzadənin qızı qəza keçirib.

REPORTYOR.AZ vesti.az-a istinadən xəbər verir ki, hadisə Moskvada baş verib.

İfaçı bildirib ki, 9 yaşlı övladı Əsməray əylənən zaman ciddi xəsarət alıb:

"Yanvarın 21-də qızımın ad günündə əyləncə mərkəzinə yollandıq. Kartinq zamanı qızımın təhlükəsizlik kəməri bağlanmayıb. Maşın divara çırpılarkən  zərbə alıb. İki böyrəyi, dalağı və mədəaltı vəzi zədələnib. Dörd gün reanimasiyada qalıb.

Hazırda Moskvada klinikalardan birində yatır. Böyrəkləri və dalağındakı problem qismən aradan qaldırılıb. Amma mədəaltı vəzi hələ də sağalmır".
Müğənni hadisə ilə bağlı polisə müraciət etdiyini bildirib. Uşağa təhlükəsizlik kəmərinin bağlanılmamasının səbəbi araşdırılacaq.







<iframe src="http://baku.ws/video2/v.php?v=1369658"  width="640" height="360"></iframe>
SON XƏBƏR / BANNER / ÖLKƏ
Tarix: 10-02-2020, 16:20