Koronavirusun yeni simptomları aşkarlandı: xüsusilə bu yaş qrupunda rast gəlinir
Koronavirusun 3 yeni simptomu ortaya çıxıb.
Normadan çox yatmaq, yeməkdən imtina etmək və diqqət dağınıqlığı infeksiyanın ortaya çıxardığı əlamətlər kimi qiymətləndirilib.
ABŞ-ın Emori Universiteti Geriatriya və Gerontologiya Fakültəsinin dekanı Kamilla Vauqhan bu əlamətlərə ən çox yaşlılarda rast gəlindiyini bildirib. Onun sözlərinə görə, bu əlamətlərə koronavirusun daha əvvəl aşkarlanan simptomları ortaya çıxarmadığı xəstələrdə təsadüf olunur: “Koronavirusun ümumi olaraq 3 əsas simptomu var: qızdırma, daimi öskürək və tənəffüs çatışmazlığı. Amma yaşlı qrupda ölüm riski daha çox olanlarda bu simptomlara rast gəlinmir. Bunların yerinə yaşlılar daha fərqli davranışlar sərgiləyir. Normadan daha çox yatır, yeməkdən imtina edir, ətraf mühitlə əlaqələrini kəsirlər”.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 24-04-2020, 13:35