mobil versiya

Koronavirusu məhv edən ilk vaksin hazırlandı - FOTO



İtaliyalı alimlər COVID-19 virusunu məhv edə biləcək ilk vaksini hazırlayıb. 

Bu barədə “Daily Mail” məlumat yayıb. 

Alimlər tezliklə vaksinin insanlar üzərində sınağına başlanılacağını bildiriblər. 

Vaksin ilkin mərhələdə gəmiricilər üzərində testdən keçirilib. Siçanlara laboratoriya şəraitində vaksin yeridilib və nəticələr göstərib ki, anticisimlər koronavirusun vücuddakı hüceyrələrə yoluxmasını dayandırmağa müvəffəq olub.

Dərmanın genişmiqyaslı sınaqları cari ilin payızında başlayacaq. 

Dünyada COVID-19 virusuna 3,8 milyon insan yoluxub ki, onların da 263,086 nəfəri həyatını itirib, 1,285,591 nəfər isə sağalmağı bacarıb.//BAKU.WS





SON XƏBƏR / DÜNYA
Tarix: 7-05-2020, 10:00