mobil versiya

Türkiyə kəşfiyyatçıları 18 aydır girov saxlanılan qadını xilas etdi - VİDEO




Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Keniyada 18 ay öncə qaçırılaraq Somaliyə aparılan və orada girov saxlanılan İtaliya vətəndaşı Silvia Konstanzo Romanonu xilas edib.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, italyan kəşfiyyatçılarla birgə keçirilən əməliyyat nəticəsində gənc qadın xilas edilib və xüsusi təyyarə ilə Romaya aparılıb.

Onu İtaliyanın Baş naziri Cüzeppe Konte, Xarici İşlər naziri Luici Di Mayo və ailə üzvləri qarşılayıb.

Girov saxlanıldığı müddət haqqında danışan Romano deyib ki, hər 3 ayda bir dəfə yer dəyişiblər və əsasən heç kimin olmadığı yerlərdə qalıblar.

Romano girov saxlanıldığı dövrdə İslam dinini qəbul etdiyini də söyləyib:

“Bir dəfə aparıldığım yerdə Quran kitabı gördüm. Onu oxuduqdan sonra rahatlıq tapdım və İslam dinini qəbul etdim. Heç kim məni buna məcbur etmədi. Tamamilə öz seçimim oldu. Məni qaçıran şəxslərlə ünsiyyət qurmağa məcbur olmağım nəticəsində bir az da ərəb dilini öyrəndim”.

Qeyd edək ki, 25 yaşlı qadın İtaliyanın könüllü xeyriyyə təşkilatı “Afrika Milele”də çalışıb. O, 20 noyabr 2018-ci ildə qaçırılmışdı.



SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 11-05-2020, 13:06