mobil versiya

Bu rayonun təhsil şöbəsinin rəisi işdən azad olunub - FOTO




Goranboy rayon Təhsil Şöbəsinin rəisi Səxavət Məmmədov tutduğu vəzifədən azad edilib.

Bu barədə BAKU.WS-in bölgə müxbirinə Səxavət Məmmədovun özü bildirib.

Sabiq şöbə rəisinin sözlərinə görə, tutduğu vəzifədən öz ərizəsi ilə ayrılıb.

"İşdən öz ərizəmlə ayrılmışam. İki dəfə əməliyyat keçirdim və bu gün səhhətimdə problemlər qalır.
Bu səbəbdən özüm ərizə yazdım və işdən ayrıldım.

Hələ ki müalicəmlə məşğulam", - deyə S.Məmmədov bildirib.




SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 16-05-2020, 16:11