Türkiyədə temperatur 46 dərəcəyə yüksəldi - FOTO
Türkiyənin Adana şəhərində son 91 ilin ən isti günləri yaşanır.
REPORTYOR.AZ “Haber Global”a istinadən xəbər verir ki, termometrlərin 46 dərəcə göstərdiyi Adanada kölgədə 42 dərəcə qeydə alınıb.
Koronavirus pandemiyası ilə əlaqədar karantin olmasına baxmayaraq qızmar istiyə dözə bilməyən insanlar hovuzlara, çaylara, su kanallarına girərək sərinləməyə çalışırlar.
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 18-05-2020, 12:10