mobil versiya

ABŞ-da aksiya iştirakçılarına atəş açıldı - VİDEO



ABŞ-ın Sietl şəhərində afroamerikalı Corc Floydun polislər tərəfindən öldürülməsinə görə etiraz aksiyaları davam edir.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, dünən keçirilən aksiyada bir nəfər avtomobillə kütlənin arasına daxil olub və atəş açmağa başlayıb.

Hadisə zamanı bir nəfər yaralanıb. Qısa zamanda silahlı şəxs polislər tərəfindən saxlanılıb.

Qeyd edək ki, bir neçə gündür davam edən aksiyalarda yüzlərlə insan saxlanılıb, 10-dan çox aksiya iştirakçısı isə ölüb.




SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 8-06-2020, 13:37