mobil versiya

İcra başçısı da koronavirusa yoluxdu




Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev koronavirus (COVİD-19) infeksiyasına yoluxub.

REPORTYOR Virtualaz.org-a istinadən xəbər verir ki, hazırda İcra başçısının yaxınları və son günlərdə təmasda olduğu şəxslər araşdırılaraq tibbi nəzarətə götürülür.

Goranboy İcra Hakimiyyəti prosedura uyğun olaraq karantinə alınıb, əməkdaşlar hazırda fəaliyyətlərini məsafədən həyata keçirirlər.

SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 19-06-2020, 14:36