mobil versiya

Azərbaycanda vəzifəli şəxs koronavirusdan öldü - FOTO


Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirusdan dünyasını dəyişib.

REPORTYOR Qafqazinfo-ya istinadən xəbər verir ki, Q. Abbasov bir həftəyə yaxındır ki, koronavirusa yoluxubmuş.

Davam edən müalicə prosedurlarından sonra rəis bu gün səhər saatlarında vəfat edib.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı saytımıza təsdiqləyib.


Bildirib ki, Q. Abbasovun yaşı 65-də çox olduğu üçün Nazirlər Kabinetinin qərarına uyğun olaraq məzuniyyətdə imiş.


SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 8-07-2020, 15:57