Sentyabrın 15-də dərslər start götürür? Müxtəlif təkliflər var
"Bütün hallarda Azərbaycanda sentyabr ayında yeni tədris ili başlayacaq".
REPORTYOR.AZ xəbər verir ki, bu sözləri Təhsil üzrə ekspert Kamran Əsədov bildirib.
O əlavə edib ki, qüvvədə olan qanunvericiliyin tələbinə görə, 15 sentyabr ölkəmizdə bilik günüdür: "Bu tarixdə tədris və təhsil müəssisələri açılacaq. Lakin hansı formada açılacaq? Bununla bağlı bizim tərəfimizdən də kifayət qədər təkliflər hazırlanıb və təqdim edilib.
Dünyanın bir çox ölkələri müxtəlif formalarda tədris prosesinə başlayıblar. Ən çox ibtidai siniflərin tədris prosesinin başlanılmasına diqqət yetirilir. Çünki yuxarı sinifdə oxuyan şagirdlər müəyyən qədər bilik və bacarıqlara malikdirlər.
Amma ilk dəfə olaraq orta ümumtəhsil mərkəzlərinə gedəcək şəxslər oxuma və yazma bacarıqlarına malik deyillər, qələm tuta bilmirlər, hərfləri tanımırlar. Bu gün ölkəmizdə birinci sinfə gedəcək şagirdlərin sayı 165 min nəfərdən çoxdur. İbtidai siniflərdə tədrisin başlaması digər siniflərlə müqayisədə daha yüksək ehtimala malikdir".
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 28-07-2020, 17:05