mobil versiya

"Küçəyə çıxma qadağası vaxtı evdə qalan ərim məni dəfələrlə zorlayıb"




"Panorma" verilişinə qatılan qadının etirafı müzakirələrə səbəb olub.

REPORTYOR.AZ Milli.Az-a istinadla bildirir ki, Viktoriya Derbişirin aparıcılıq etdiyi, BBC-də yayımlanan "Panorma" verilişində maraqlı anlar yaşanıb.

Verilişə qatılan Jess adlı qadın karantin qaydalarından bezdiyini etiraf edib. Lakin onun karantindən sıxılma səbəbi çox fərqli olub. Belə ki, qadın küçəyə çıxma qadağasının tətbiq olunduğu dövrdə əri tərəfindən dəfələrlə cinsi əlaqəyə məcbur edildiyini bildirib. Onun dediyinə görə, əri evlərinə qonaq gələn anasını döyüb.

"Küçəyə çıxma qadağası vaxtı evdə qalan ərim məni dəfələrlə zorlayıb", - o söyləyib.

Qadın ərini onu cinsi əlaqəyə məcbur etdiyinə görə polisə verib. O bildirib ki, karantin qaydaları onların ailədaxili münaqişələrinin artmasına səbəb olub.

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq koronavirusla mübarizə çərçivəsində dünyanın bir sıra ölkələrində küçəyə çıxma qadağası tətbiq olunub.



SON XƏBƏR / KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 19-08-2020, 17:08