mobil versiya

Hadı Rəcəblinin nəvəsinin toy görüntüləri yayıldı – VİDEO



Bir neçə gün öncə Hadı Rəcəblinin nəvəsinin toyu barədə xəbər vermişdik.

REPORTYOR.AZ Azsiyasət.com-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə həmin toya aid olduğu iddia edilən görüntülər yayılıb.

Görüntülərdən aydın olur ki, məclisdə xeyli adam olub və karantin qaydaları gözlənilməyib.

Qeyd edək ki, modern.az Hadı Rəcəblinin nəvəsinin toyu ilə bağlı məsələyə toxunaraq yazmışdı ki, “Dünən “ASAN Xidmət”də Hadi Rəcəblinin nəvəsi – oğlunun qızı Məhin Rəcəblinin nikah mərasimi olub. Nikah 15:30-da bağlanıb. Gənclər rəsmi nikaha girdikdən sonra bunu dəniz kənarında – açıq havadakı restoranda 7-8 nəfərlə birgə qeyd ediblər. Mərasimdə ancaq gənclər olub. 150 nəfərin iştirakı barədə deyilənlər yalandır”.

Yaxınlarının verdiyi məlumata görə, mərasim “Sea Breeze” restoranında təşkil edilib. Hadi Rəcəblinin nəvəsi 2 ildir ki, nişanlı imiş.

Həmin görüntüləri təqdim edirik:


SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 24-08-2020, 10:49