mobil versiya

İslahatların qarşısını almaq ssenarisini kim yazıb? - ŞOK DETALLAR



Məlumatların mənbəyi təbii ki, iqtidar düşərgəsi idi. İqtidar komandasında təmsil olunan şəxslər seçkidən sonra islahatlar barədə dayanmadan danışsalar da, proses çox ləng gedirdi. Bu isə cəmiyyətdə hakimiyyətin növbəti dəfə narazılıqları minimuma endirmək üçün yeni ssenari kimi dəyərləndirilirdi.

Hakimiyyət də artıq fərqində idi ki, islahat barədə bəyanatlarla atılan addımlar arasında disbalans var. Ona görə də bu dəfə iqtidara yaxın şəxslər hakimiyyət daxilində hansısa qrupların islahatlara mane olması barədə açıqlamalar verməyə başladılar. Bir qədər sonra isə məsələ daha konkretləşdi: Hakimiyyətdəki “köhnələr” islahatların əleyhinədir. Bu baxımdan, proses ləng gedir.

Hakimiyyət daxilində müxtəlif qurpların olması barədə mediada çox yazılıb. “Köhnələr” deyiləndə isə uzun müddət vəzifədə olan, klançılıq prinsipinə üstünlük verən qocaman məmurlar nəzərdə tutulurdu. Amma ictimai müzakirələrdə “köhnələr”in islahatlara mane olması barədə deyilənlər bəhanə kimi dəyərləndirilirdi. 2019-cu ildən başlayaraq yaşlı məmurların görəvdən alınması, parlamentin buraxılması iqtidarın islahatlar barədə dediklərinə inamı bir qədər artırdı. Növbədənkənar parlament seçkilərinə ciddi hazırlıq başlandı. Lakin 9 fevral seçkilərinin nəticələri gözlənildiyi kimi olmadı.

İqtidara yaxın şəxslər isə yenə də israrla dəyişikliklərə mane olan qüvvələrdən danışırdılar. Artıq konkret adlar çəkilirdi və islahatlara mane olanlar arasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin adı birinci sırada gəlirdi.

Ramiz Mehdiyev Prezidenti Admnistrasiyasının rəhbəri postundan gedəndən sonra belə rəy yaranmışdı artıq onun siyasi proseslərə təsir imkanları əvvəlki tək deyil. Bu baxımdan, onun islahatlara mane ola bilməsi bir qədər inandırıcı görünmürdü. Amma məsələn, Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı deyirdi ki, Ramiz Mehdiyev siyasi postunu təhvil verib elmi sahəyə keçid etsə də, proseslərə müdaxilə edir. Deputat iddia edirdi ki, akademik AMEA-nı qərargaha çevirərək iqtidarın əleyhinə iş aparır.

Nəhayət, Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı qalmaqal bir çox məsələlərə aydınlıq gətirdi. İlk növbədə aydın oldu ki, doğrudan da, AMEA prezidenti hakimiyyətlə hesablaşmır. Onun xüsusi karantin rejimində nəvəsinə toy etməklə qanunu pozması məhz belə dəyərləndirilir. Bu məsələyə görə ünvanına səsələnən tənqidlərə sərt reaksiya verməsi, onu hədəfə alanları məhkəmə ilə hədələməsi, siyasi atmacaları da göstərdi ki, Ramiz Mehdiyev indiki situasiyada hakimiyyətlə eyni mövqeni bölüşmür. Beləliklə, onun islahatlara qarşı çıxması barədə deyilənlərin heç də uydurma olmadığını ortaya qoydu. Artıq ictimaiyyətə aydın oldu ki, iqtidar daxilində yenilənmə tərəfdarları və buna qarşı olan qüvvələrin mövcudluğu həqiqətdir və hakimiyyət hələ ki, bu qüvvələri tam neytrallaşdırma bilməyib. İqtidarın yaxın perspektivdə buna nail olub-olmayacağını isə söyləmək çətindir.//qaziler.az

SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / SİYASƏT / ÖLKƏ / REDAKTOR SEÇİMİ
Tarix: 28-08-2020, 16:35